XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 İyul 2017 - 14:44

“Ankara ilə üzvlük müzakirələri dərhal təxirə salınsın” –Avropa Parlamentindən raport

Avropa Parlamenti Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı rəsmi müzakirələrin təxirə salınmasını nəzərdə tutan raportu qəbul edib.

“Hürriyet”in verdiyi məlumata görə, Türkiyə üzrə məruzəçi, hollandiyalı Kati Piri tərəfindən hazırlanan raport 477 səslə təsdiqlənib.

Sənəddə Türkiyədə 16 aprel referendumunda qəbul olunan Konstitusiya dəyişiklikləri qüvvəyə minərsə, Ankara ilə aparılan üzvlük müzakirələrinin dərhal və rəsmən təxirə salınması üçün Aİ dövlətləri Avropa Komissiyasına çağırış əksini tapıb.  

Qeyd edək ki, Avropa Parlamentinin qərarları məcburi hüquqi qüvvəyə malik deyil və Aİ rəhbər orqanları üçün tövsiyə xarakteri daşıyır/APA.