XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2015 - 05:58

BP hər 2 gündən bir 1 azərbaycanlını işdən çıxarır

bp.jpg

2015-ci ilin üçüncü rübünün axırına BP şirkətinin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 865 nəfər olub.

“Marja” xəbər verir ki, bu ilin 9 ayında BP şirkətinin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 127 nəfər azalıb. Bu da BP-nin orta hesabla hər 2 gündən bir 1 azərbaycanlını işdən çıxartdığı deməkdir.

2014-cü ilin axırına BP şirkətinin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 992 nəfər təşkil edirdi.

“Şirkətin Azərbaycanda ixtisaslı daimi işçilərinin təxminən 87%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir”- BP şirkətinin Bakıdakı ofisindən bildirilib.

Qeyd edək ki, işçilərin sayına BP-nin podratçı təşkilatlarında işləyənlərin sayı daxil deyil. Belə şirkətlərdə də ixtisarların aparıldığı bildirilir.