XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 İyul 2017 - 15:46

NATO-dan erməni təxribatına şərh:"Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur"

NATO Azərbaycanın dinc vətəndaşlarına qarşı erməni hərbi təxribatı nəticəsində ölənlərin ailələrinə başsağlığı verib.

Bu barədə NATO-nun mətbuat xidmətindən verilən məlumatda  "Biz bu faciənin qurbanlarının ailələrinə başsağlığı veririk", – deyə, bildirilib.

Qeyd olunub ki, Alyans ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə hərbi fəaliyyəti dayandırmaq və danışıqlar masasına qayıtmaqla bağlı çağırışını dəstəkləyir:

"Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. NATO bu münaqişənin nizamlanması üzrə danışıqlarda birbaşa rol oynamır. Biz Minsk qrupu çərçivəsində bu istiqamətdə səyləri dəstəkləməyə davam edirik. Bununla belə, biz tərəfləri substantiv danışıqlarda iştirak etməyə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına nail olmağa çağırırıq".

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb/Trend.