XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 July 2017 - 20:24

Feldmarşal Xəlifə Həftar:"Benqazi islamçılardan azad edilib"

Liviya milli ordusunun komandanı Xəlifə Həftar Benqazi şəhərinin islamçılardan azad edildiyini bəyan edib.

Strateq.az "Erem news"-a (BƏƏ) istinadən bildirir ki, Tripoli sakinləri Liviya milli ordusunun tezliklə könüllülər dəstəsinin nəzarətində olan paytaxta gələcəyinə də ümid etdiklərini vurğulayıblar.

Məlumata görə, Tripolidə əhali Liviya milli ordusunun Benqazidəki qələbəsi bayram edir.

Könüllülər tərəfindən həbs olunmaq  təhlükəsinə baxmayaraq, paytaxt sakinləri Həftarın Benqazidə ekstremistlər üzərində qələbəsini atəşfəşanlıqla qeyd edirlər.

Sakinlər deyiblər ki, Həftarın tez bir zamanda paytaxtı da azad edəcəyinə böyük ümidləri var.

Strateq.az