XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

06 İyul 2017 - 21:29

Prezidentdən canlı yayımda şok açıqlama:"Onların ciyərini diri-diri yeyəcəm"

Filippin Prezidenti Rodriqe Duterte növbəti dəfə qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

Radikal Əbu Səyyaf qruplaşmasının 2 girovu öldürməsindən hiddətlənən dövlət başçısı canlı yayımda çıxışı zamanı islamçıları diri-diri yeyəcəyi ilə hədələyib.

“Əgər istəsəniz silahlı islamçıların ciyərini yeyə bilərəm. Mənə duz və sirkə verin, onları qarşınızda yeyim”, – deyə Duterte bildirib.

Qeyd edək ki, 1991-ci ildən fəaliyyət göstərən sözügedən radikal qruplaşma girov götürmə kimi fəaliyyəti ilə tanınır.

Əbu Səyyaf Mindanao və Sulu adalarında müstəqil İslam dövləti yaratmaq üçün silahlı təxribatlar törədir/Axar.az.