Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvanı Ankaraya qarşı olduqca emosional davranmaqda günahlandırıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiyadan qaz alışının dayandırılmasının Türkiyə üçün itki olmayacağını deyən Ərdoğan alternativ ünvanlara üz tuta biləcəklərini qeyd edib:
«Biz qazı təkcə Rusiyadan almırdıq. İndi onların qazı olmadan itib-batmarıq. Müxtəlif ölkələrdən qaz alırıq. Allahın köməyi ilə bu problemin də öhdəsindən gələcəyik».
Türkiyə prezidenti Rusiyanın dərhal sanksiya dili ilə danışmasının heç də yaxşı hal olmadığını bildirib:
«Bütün dünya Rusiyaya sanksiya tətbiq edəndə Türkiyə bunu etmədi. Biz dedik ki, Rusiya bizim strateji tərəfdaşımızdır».
Qeyd edək ki, Türkiyə Rusiyanın sanksiyalarına cavab vermək üçün «B» planının olduğunu bəyan edib.