XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2015 - 10:09

İraq şiələri ABŞ xüsusi təyinatlılarına savaş elan etdi: “Məhv edəcəyik!”

ABŞ-ın İraqa xüsusi təyinatlıları göndərməklə bağlı qərarı ölkədəki şiə qruplaşmalar tərəfindən hiddətlə qarşılanıb.

Xarici mətbuata istinadən strateq.az xəbər verir ki, ən kəskin reaksiyanı şiələrin hərbi birləşmələrdən ibarət qruplaşması «Kataib Hizbullah» verib. Qruplaşma bəyan edib ki, ABŞ-ın quru qoşunları İraqa gələrsə, onları məhv edəcəklər:

“Onlarla əvvəllər də döyüşmüşük. Bu mübarizəni bərpa etməyə hazırıq”. 

İraqın baş naziri Heydər əl-Abadi isə bildirib ki, İŞİD-lə mübarizədə beynəlxalq dəstək verilməsinə qarşı deyillər. Lakin bu, yerli hökumət qüvvələri ilə razılaşdırılmalıdır.