ABŞ Türkiyə hökumətini PKK-nı yox, İŞİD silahlılarını vurmağa çağırıb.
Xarici mətbuata istinadən strateq.az xəbər verir ki, bu bəyanatla ABŞ müdafiə naziri Eşton Karter çıxış edib.
Karter bildirib ki, Türkiyənin hava zərbələrinin əksəriyyəti İŞİD-ə yox, PKK-ya yönəlib:
«Türkiyə Suriya ilə sərhəddə təhlükəsizliyi təmin etmək üçün İŞİD əleyhinə hava zərbələrini artırmalıdır. çünki İŞİD-in gəlişindən sonra həmin ərazilər təhlükəli olub».
Qeyd edək ki, bu, ABŞ tərəfinin ilk belə çağırışı deyil. Bundan əvvəl də Vaşinqton Ankaranı PKK-ya yox, İŞİD-ə qarşı mübarizəyə səsləmişdi.