XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

07 İyul 2017 - 16:25

Türkiyə baş nazirinin müavinipersona non-qrata elan edildi

Hollandiya hökuməti Türkiyə baş nazirinin müavini Tuğrul Türkeşi persona non-qrata elan edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Türkeş bu ölkədə yaşayan türklərin Türkiyədəki hərbi qiyam cəhdinin ildönümü ilə bağlı təşkil etdiyi tədbirə qatılmaq istəyirmiş.

Yerli hökumət Türkeşin, həmçinin Türkiyənin digər rəsmilərinin iki ölkə arasında münasibətlərin hazırkı durumunda Hollandiyaya gəlməsinin arzuedilən olmadığını bəyan edib.

Qeyd edək ki, iki ölkə arasında diplomatik böhran bu ilin martında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun olduğu təyyarənin Hollandiyada enməsinə icazə verilməməsindən sonra başlayıb.

Çavuşoğlu Hollandiyada yaşayan Türkiyə vətəndaşları qarşısında çıxış edərək onları Türkiyə konstitusiyasına dəyişiklikləri dəstəkləməyə çağırmağı planlaşdırırdı.