Günlərdir bütün dünyanın gözü bu gün Almaniyanın Hamburq şəhərində keçrilən G20 sammitinə yönəlib.
Sammiti diqqətçəkən edən ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin ilk dəfə məhz bu tədbirdə görüşməsidir.
Görüşlə bağlı müzakirələrdən biri də Trampın Putinlə necə salamlaşacağı idi. Artıq liderlər sammitin kuluarlarında rastlaşıblar və əl sıxışıblar. Bir azdan tərəflərin bir saat davam edəcək görüşü də başlayacaq.
Prezidentlərin görüşü ərəfəsində sosial mediada maraqlı kollajlar yayılıb. Strateq.az BBC-yə istinadən həmin kollajları təqdim edir.