XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

07 İyul 2017 - 17:52

Hamburqda etirazçılar Putinin yerləşdiyiotelə basqın etdilər

G20 sammitinin əleyhdarları Hamburqda Rusiya prezidenti Vladimir Putin və onunla gələn nümayəndə heyətinin yerləşdiyi "Park Hyatt" otelinə basqın ediblər.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, etirazçılarla otelin mühafizəçiləri arasında insident yaşanıb.

Sözügedən oteldə Cənubi Koreya prezidenti Mun Çje İn, həmçinin Avstraliya baş naziri Malkolm Ternbull da yerləşib.

Putinin mətbuat katibi Dmitri Peskov insident barədə məlumatsız olduğunu bildirib. Onun sözlərinə görə, Putin hazırda Hamburqun başqa rayonunda – sammitin keçirildiyi yerdədir. 

Almaniyanın "Bild" qəzetinin yaydığı bu məlumatı Hamburq polisi də təsdiqləməyib. Lakin polisdən bildiriblər ki, şəhərin hər tərəfində etirazlar davam edir.