XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

07 İyul 2017 - 19:31

Prezidentdən Sabirabadla bağlı sərəncam –Yol tikintisinə 14.4 milyon ayrıldı

Bu gün Prezident İlham Əliyev sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, qırx bir min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Qalağayın-Osmanlı-Çöl Beşdəli-Zalqaraağac-Çöl Ağaməmmədli-Azadkənd-Muğan Gəncəli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 14,4 milyon (on dörd milyon dörd yüz min) manatı "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.