ABŞ Rusiyaya ilə bağlı yeni sanksiyalar tətbiq edə bilər. Buna səbəb Rusiyanın yaxın (500-1000 km.) və orta (1000-5500 km.) məsafəli raketlərlə bağlı anlaşmanı sistemli şəkildə pozmasıdır.
Xarici mətbuata istinadən strateq.az xəbər verir ki, bu bəyanatla ABŞ dövlət katibinin müavini Rouz Qetemüller çıxış edib: «Rusiyaya qarşı iqtisadi məhdudiyyətləri yenidən nəzərdən keçiririk. Amma hələ ki yekun qərar verilməyib».
O həmçinin qeyd edib ki, Rusiya pozuntuya yol verdiyini etiraf etmək istəmir. üstəlik Vaşinqtonu ittihamlar ünvanlayır: «Vaşinqton bu cür çağırışlara səssiz qalmayacaq».
Bundan əvvəl də Pentaqon bəyan etmişdi ki, ABŞ Rusiyanın məlum pozuntularına qarşı tədbir görməyi planlaşdırır.
Rusiya ilə ABŞ arasında raketlərlə bağlı anlaşma 1987-ci ildə imzalanıb. Tərəflər ballistik və qanadlı raketləri (yaxın və orta məsafəli) istehsal və istifadə etməməklə bağlı razılığa gəliblər.