XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 July 2017 - 23:29

“Rusiya və ABŞ Suriyanın cənubunda atəşkəs rejiminə dair razılığa gəliblər” –Lavrov

Rusiya və ABŞ iyulun 9-u, Dəməşq vaxtı ilə saat 12:00-dan etibarən Suriyanın cənubunda atəşkəs rejiminə dair razılığa gəliblər.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Hamburqda bəyan edib.

“Deraa və Əl-Kuneytra zonalarında yerli vaxtla saat 12:00-dan etibarən atəşkəs rejimi tətbiq ediləcək. ABŞ orada olan qruplaşmalar tərəfindən atəşkəs rejiminə əməl edilməsinin öhdəliyini öz üzərinə götürüb”, deyə S.Lavrov bildirib. 

Qeyd edək ki, bu gün Almaniyanın Hamburq şəhərində, G-20 zirvə toplantısı çərçivəsində ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüş keçirilib.

APA