XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

07 İyul 2017 - 23:49

“Prezidentlər arasında danışıqlar çox konstruktiv olub” –Tillerson

ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında ilk görüş zamanı pozitiv kimya yaranıb.

Bu barədə jurnalistlərə ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.

“Prezidentlər arasında danışıqlar çox konstruktiv olub. Hər iki lider qısa zaman ərzində bir-biri ilə dil tapdılar. Aşkardır kı, Tramp və Putin arasında pozitiv kimya yaranıb”, – deyə R.Tillerson bildirib.

Qeyd edək ki, bu gün Almaniyanın Hamburq şəhərində, G-20 zirvə toplantısı çərçivəsində ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüş keçirilib.

APA