XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

08 İyul 2017 - 20:06

G-20 başa çatdı:ABŞ-ın imza atmadığı birgə bəyannamə və Merkeldən Türkiyə açıqlaması...

Dünyanın ən güçlü iqtisadi gücünə sahib olan 20 ölkənin liderlərinin qatıldığı Almaniyanın Hambruq şəhərində keçirilən G-20 sammiti bu gün başa çatıb.

İki gün davam edən sammitə Argentina, Avstraliya, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Yaponiya, Meksika, Rusiya, Səudi Ərəbistan, Cənubi Afrika, Cənubi Koreya, Türkiyə, İngiltərə, ABŞ və Avropa Birliyinin rəhbərləri qatılıblar. 

Sammitin ilk günündə terrora qarşı birgə qəbul edilən 21 maddəlik sənədi bu gün Almaniyanın baş naziri Merkel bağlanış mərasimində oxuyub.

Bundan başqa sammitin sona çatmasından sonra bütün liderlərin imza atdığı ortaq bir bəyannamə yayılıb. Bəyannamədə iqlim dəyişikliyi və açıq ticarətlə bağlı müzakirələrin önəmi vurğulanıb. Həmin bəyannaməda iqlim dəyişikliyi ilə bağlı hissəyə isə yeganə ölkə olaraq  ABŞ imza atmayıb.

Bağlanış mərasimində Merkel Türkiyə haqda da açıqlama verib. O, "Türkiyə G-20 zirvəsinə böyük dəstək oldu. Düzdür, Türkiyədəki həbslər və İncirlik bazası ilə bağlı aramızda fikir ayrılıqları var. Təəssüf ki, bu fərqliliyimizi və fərqli baxışlarımızı burada da gizlədə bilmədik", deyə, bildirib.

Merkel, eyni zamanda, Hamburqda G-20-yə qarşı iki gün davam edən etirazları da qınayıb və baş verən iğtişaşlarda zərər çəkənlərin hər birinə yardım edəcəklərini bəyan edib/Mia.az.