XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

02 Mart 2015 - 13:19

Samir Əliyev Mərkəzi Bankın digər qurumlara revanş açdığını deyir (Özəl)

samir.jpg

İqtisadçı Samir Əliyev son günlər dolların kursunda müşahidə olunan cüzi artıma münasibət bildirib.

Strateq.az həmin açıqlamanı təqdim edir:

“Dolların rəsmi məzənnəsinin son günlər cüzi artımı daha çox manata inamı qaytarmaq məqsədi daşıyır və böyük ehtimalla qısamüddətli olacaq. Bunu Mərkəzi Bankın onu çıxılmaz vəziyyətə qoyan digər qurumlara qarşı revanşı kimi də qiymətləndirmək olar. Dolların ciddi ucuzlaşması gözlənilmir və bir müddətdən sonra onun yenidən bahalaşmasını müşahidə edəcəyik. Mərkəzi Bankın fevral ayında məzənnə siyasətini bir valyuta səbəti əsasında müəyyənləşdirməyə başlaması da formal xarakter daşıyır. Səbətin strukturu hələ də açıqlanmır. Ancaq ehtimal etmək olar ki, avronun payı çox azdır və bu nisbət 9010 (dollaravro) şəklindədir. Real nisbətlə bağlı açıqlamanın verilməməsi onu göstərir ki, Mərkəzi Bank hələ öz mövqeyini konkretləşdirməyib. Ola bilsin ki, Mərkəzi Bank bu nisbəti 80/20-yə dəyişsin. İstənilən halda, bu il avronun ucuzlaşması davam edəcək və deməli, bu, manatın məzənnəsinə də təsir göstərək. Avronun ucuzlaşması fonunda manatın kəskin bahalaşmasına imkan verməmək üçün manatın da dollara nisbətən ucuzlaşması baş verəcək. Görünən budur ki, yumşaq devalvasiya prosesi hələ də qüvvədədir”.