XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2015 - 16:10

Hərbi skandal: Almaniya qırıcılarının 2/3-si nasaz imiş

 

İŞİD-lə mübarizə Almaniyanın havadan müdafiə potensialının bərbad vəziyyətdə olduğunu ortaya çıxarıb.

Strateq.az xəbər verir ki, İŞİD-lə mübarizəyə dəstək verməyi qərarlaşdıran Almaniya hərbi təyyarələrinin böyük qisminin uçuşa yararsız olduğu təsbit olunub.

Belə ki, Almaniya Fransaya öz “Tornado” tipli qırıcılarıyla dəstək vermək istəyir. Ancaq araşdırmalar nəticəsində bu təyyarələrin yalnız 1/3-nin istifadəyə yararlı olduğu müəyyənləşib.

Məlumata görə, alman ordusunda 93 “Tornado” tipli təyyarə var. Onlardan yalnız 66-si hazırda xidmət göstərir. Xidmətdə olanlardan isə 28-i saz durumdadır.

Almaniya Müdafiə Nazirliyinin hazırladığı 81 səhifəlik hesabatda qeyd olunur ki, “Tornado” tipli qırıcıların yaşı 23-34 il arasında dəyişir və onlar artıq zamanın şərtlərinə uyğun deyillər. Bir çoxlarının ehtiyat hissələri dəyişdirilməli, modernizasiya olunmalıdır. Fəqət artıq həmin ehtiyat hissələrinin də istehsalı dayandırılıb.

“Tornado” təyyarələrinin son modeli sayılan 'Eurofighter'lərin vəziyyəti də ürəkaçan deyil. ötən il bu modellərin sadəcə 57%-i işə yarayırdısa, bu il bu nisbət də 55%-ə düşüb.

Almaniyanın Baş Qərargah rəisi Volker Vikerin müəllifi olduğu hesabata əsasən, bu təyyarələrin yenidən modernizə edilməsi üçün ən azı 10 il və 5.6 milyard evro lazım olacaq.

Bu yerdə adam özünü “gorun çatlasın, Hitler!” deməkdən saxlaya bilmir.