XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2015 - 16:30

“Qarşılıqsız qalmayacaq…” – Rusiyadan NATO-ya xəbərdarlıq

Rusiya Monteneqronun NATO-ya üzvlüyünə rəsmi reaksiya verib.

Bu barədə məlumat Rusiya mətbuatında yer alıb.  

​Məlumata əsasən, Kreml, NATO Xarici İşlər Nazirlərinin keçmiş Yuqoslaviya Respublikasının tərkibində olmuş Monteneqronu 29-cu üzv olaraq, bu ittifaqa dəvət etməsini kəskin qarşılalyıb.

Məsələ ilə bağlı Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.

D.Peskov bildirib ki, NATO-nun genişlənmə siyasəti qarşılıqsız qalmayacaq: “Moskva müxtəlif sahələrdə hər zaman bunu vurğulayır ki, NATO-nun genişlənməsi, ittifaqın Şərqə istiqamətlənməsi Rusiya tərəfindən qarşılıqsız buraxılmayacaq. Rusiyanın mənfəətlərinin qorunması və dəstəklənməsi baxımından, bu, vacibdir”.(musavat.com)