XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

09 İyul 2017 - 12:43

ABŞ-dan sonra Türkiyə dəiqlim sazişindən çıxdı

Türkiyə iqlimə dair Paris sazişinin ratifikasiyasını dayandırıb. Qərara səbəb ABŞ-ın sazişdən çıxması olub.

APA-nın xəbərinə görə, bunu  Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Hamburq G-20 sammitinin yekunlarına dair brifinqdə deyib.     

“ABŞ-ın addımlarından sonra Türkiyə parlamentində də Paris sazişinin ratifikasiyası dayandırılıb”, – deyə Ərdoğan jurnalistlərə Hamburqda bildirib. Ərdoğan əlavə edib ki, inkişaf etməkdə olan Türkiyənin sazişdə göstərilən sanksiyalardan azad edilməsinə təzminat verilməyincə, Ankara bu müqaviləni ratifikasiya etməyəcək.  

“Mən bu barədə Angela Merkeli və Emmanuel Makronu açıq məlumatlandırdım”, – deyə Ərdoğa qeyd edib.   

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp iyunda ölkəsinin  iqlimə dair Paris sazişindən çıxdığını bəyan edib. Qeyd edək ki, 2015-ci ilin dekabrında imzalanan İqlimə dair Paris sazişi iqlim sahəsində əldə olunan ilk razılaşmadır. Dünyanın 194 ölkəsi tərəfindən imzalanan bu saziş qlobal istiləşmənin qarşısının alınması üzrə beynəlxalq fəaliyyət planını müəyyənləşdirir.