PKK Türkiyədə daha bir qanlı olay törədib.
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, terrorçular Ərzincan şəhərinə bağlı olan Avcılar məhəlləsindən keçən hərbi maşını partladıblar: "Hadisə nəticəsində 3 əsgər yaralanıb. Onlar Ərzincan dövlət xəstəxanasına yerləşdiriliblər".
Məlumata görə, əraziyə əlavə qüvvələr yeridilib, qaçan terrorçuların yaxalanması üçün geniş əməliyat başlayıb.
Strateq.az