XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

09 İyul 2017 - 23:55

ATƏT-dən Qarabağla bağlı çağırış:"Dərhal danışıqlara başlayın"

Bu gün Minskdə öz işini başa çatdıran ATƏT PA-nın 26-ci illik sessiyasının yekun sənədi qəbul olunub.

Sənədin mətnində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də öz əksini tapıb.

Belə ki, ATƏT PA-nın deputatları Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işində irəliləyiş olmamasından dərin təəssüflərini bildiriblər və tərəfləri münaqişənin təcili mümkün dayanıqlı həll yolunu tapmaq üçün dərhal əyani danışıqlara başlamağa çağırıblar.

ATƏT PA yekun sənədində, həmçinin, Minsk Qrupu həmsədrlərini qətiyyətlə Qarabağ münaqişəsinin nizamlanması üzrə səyləri fəallaşdırmağa çağırıb/Report.