Yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 11:00-da) İstanbulda ABŞ dövlət katibi Reks Tillersonla Azərbaycan prezidenti İlham Əliyevin görüşü başlayacaq.
Bu barədə Turan-ın Vaşinqton müxbirinə ABŞ Dövlət Departamentindəki məlumatlı mənbə bildirib.
Müzakirə olunacaq məsələlər açıqlanmır. Ancaq sirr deyil ki, ənənəvi mövzulara -energetika, regional təhlükəsizlik, demokratiya və ikitərəfli münasibətlərə toxunulacaq.
***
İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İstanbulda ABŞ-ın dövlət katibi Reks Tillerson ilə görüşü olub.