XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

10 İyul 2017 - 14:56

CHP lideri həbsxanaya getdi:"Ədalət ağır yeriyər, ancaq mütləq hədəfinə çatar"

CHP lideri Kamal Kılıcdaroğlu bu gün partiyasının İstanbuldan seçilmiş deputatı Enis Bərbəroğlunu Maltəpə həbsxanasında ziyarət edib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, 2 saatlıq görüşdən sonra Kamal Kılcdaroğlu həbsxananın qarşısında jurnalistlərə açıqlama verib.

O, "Ədalət ağır yeriyər, ancaq mütləq hədəfinə çatar", – deyərək,  gec-tez ədalətin zəfər çalacağına inandığını bildirib:

"Ədalət saraylarda deyil. Üzərində ədalət sarayı yazılan binalarda bugünkü reallıqda ədalət paylanmır. Ədalət məhkum olunub. Haqsız yerə suçlanan insanların həbsə atılması cəmiyyətin vicdanında dərin yaralar açır. Enis bəy buna misaldır. Uzun müddət qəzetçiliklə məşğul olub deyə, indi xatirələrini yazır. Ümid edirik, ədalət yerini tapar və o, tezliklə azadlığa çıxar. Onunla bağlı qərar çox ağırdır, hüquqla, ədalətlə uzlaşmayan bir qərardır".

Strateq.az