XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 July 2017 - 09:04

ABŞ-da hərbi təyyarə qəzaya uğradı, 16 nəfər öldü –VİDEO

ABŞ-ın Missisipi ştatında C-130 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 16-ya çatıb.

Bu barədə “Mississippi News” telekanalı xəbər verib.

Bundan əvvəl 4 nəfərin öldüyü, təyyarədə 8 ekipaj üzvünün olduğu bildirilirdi.

Qəzadan sonra hadisə yerində güclü yanğın başlayıb. Təyyarənin göyərtəsində silah-sursatın olması yanğınsöndürənlərin işinə əlavə maneə yaradır. Qəzanın səbəbləri barədə hələ ki, məlumat verilmir. 

İnsidentin səbəbləri hələ ki, məlum deyil/APA.