XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 İyul 2017 - 12:04

Generaldan barəsində cinayət işi açılacağı xəbərinə reaksiya:"Məlumatsızam..."

“Bakı Hərbi Məhkəməsinin barəmdə cinayət işinin başlanması üçün qərardad çıxarması ilə bağlı xəbəri mətbuatdan oxudum. Bu barədə məlumatsızam. Əgər sizin üçün maraqlıdırsa, özünüz məhkəməyə müraciət edib, məlumat ala bilərsiniz”.

Strateq.az xəbər verir ki, bu sözləri Gununsesi.info-ya ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin keçmiş rəisi, general Mövlam Şıxəliyev Bakı Hərbi Məhkəməsinin onun barəsində cinayət işinin başlanması üçün prokurorluğa təqdimat göndərməsi ilə bağlı qərardadına münasibət bildirərkən deyib.

Onun da qeyd edək ki, Mövlam Şıxəliyev sonda “Mən əlavə bir şey söyləmək istəmirəm” deyərək telefonun dəstəyini asıb.

Xatırladaq ki, dünən Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi polkovnik Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Vüsal Ələkbərovun barəsində verilən hökmdə qeyd olunub ki, məhkəmə sabiq nazir Eldar Mahmudov və nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlam Şıxəliyev barəsində cinayət işinin başlanması üçün zərərçəkmişlərin şikayəti əsasında prokurorluğa təqdimat göndərib.