XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 December 2015 - 14:57

Azərbaycanın şimal-qərb bölgəsinə intensiv qar yağır – FOTOLAR

Bu gün günorta saatlarından başlayaraq, Azərbaycanın şimal-qərb bölgəsinə intensiv qar yağır. Havanın temperaturu xeyli aşağı düşüb.

Strateq.az Azertag.az-a istinadən  xəbər verir ki, qarın intensivliyi Qax və Zaqatala rayonlarında daha çox müşahidə olunur. Dağətəyi kəndlərdə qarın qalınlığı getdikcə artır. Rayon mərkəzlərində də tədricən hər tərəf ağ örpəyə bürünür.

Yağan qar hələlik heç bir problem yaratmayıb. Avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkəti dayanmayıb.

Qarın yağması bu saatlarda da davam edir.