XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

11 İyul 2017 - 17:44

“Qətərin mövqeyinin çox konkret olduğunu düşünürəm” –Tillersondan Dohaya dəstək

ABŞ Dövlət katibi Reks Tillerson Körfəzdə baş verən böhranda Qətərin mövqeyinin çox məqbul olduğunu söyləyib.

Bu gün Qətərə səfər edən Tillerson Dohada bunları deyib:

“Qətərin mövqeyinin çox konkret olduğunu düşünürəm. Və məncə, bu mövqe çox məqbuldur”.

Qeyd edək ki, İstanbul səfərinin ardından Qətər böhranında vasitəçilik missiyasını üzərinə götürən Küveytə gedən Tillerson buradan Dohaya yollanıb. Tillersonun sabah Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfəri gözlənilir/Axar.az.