Prezident İlham Əliyev bu gün daha bir sərəncam verib.
Strateq.az xəbər verir ki, sərəncama əsasən, general-mayor Akif Əli oğlu Şəfiyev hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.
Prezidentin digər sərəncamı ilə isə dövlət sərhədinin mühafizəsi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Akif Əli oğlu Şəfiyev 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.