Dünən ağır yaralanan «Taliban» lideri Molla Axtar Məhəmməd Mansur bu gün həyatını itirib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Mansurun ölüm xəbərini Əfqanıstan hökumətinin rəsmi şəxsləri də təsdiqləyib.
Məlumata görə, taliblərin lideri dünən qruplaşmanın digər liderləri ilə gərgin mübahisədən sonra ağır güllə yarası alıb.
Molla Axtar «Taliban» rəhbərliyinə bu ilin iyulunda – əvvəlki lider Məhəmməd ömərin öldürülməsindən sonra gəlmişdi. Onun liderliyə gəlməsindən sonra qruplaşmada fikir ayrılığı olmuş və taliblər iki qrupa bölünmüşdü.