XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2015 - 08:29

Milli Məclisin iclası başlanıb: Yeddi məsələ müzakirə olunacaq

 

meclis yeni.jpg

Milli Məclisin növbəti plenar iclası başlayıb.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun spikerliyi ilə keçirilən iclasın gündəliyinə 7 məsələnin müzakirəsi daxil edilib.

İclasda yeni “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılacaq. Eyni zamanda, bir neçə qanun layihələrinə dəyişiklik edilməsi nəzərdə tutulur. Bura “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, “Dini etiqad azadlığı haqqında”, “Polis haqqında” qanunları aiddir.

İclasda, həmçinin Cinayət və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər ediləcək.

Gündəliyə salınan sonuncu məsələ isə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilməsidir.