XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2015 - 08:47

Rusiya Suriyada güclənir – Daha bir hərbi baza qurulur

Suriyada hava əməliyyatlarını davam etdirən Rusiya bu ölkədə hərbi iştirakını bir az da gücləndirir.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Suriyada daha bir hərbi baza qurur.

Bu barədə Britaniyada fəaliyyət göstərən Suriya İnsan Haqlarını Monitorinq Mərkəzi məlumat yayıb.
Məlumata görə, Rusiya artıq Şayrat aerodromunda yeni uçuş zolaqları qurmağa başlayıb.

Yeni hərbi bazanın bu ayın sonunda istifadəyə veriləcəyi bildirilir.

Xatırladaq ki, Rusiyanın Suriyadakı hərbi əməliyyatları Latakiyadakı Hmeymim aviabazasından başlamışdı.