XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

07 Aprel 2015 - 06:47

Fətullah Gülən ABŞ agenti imiş

Bu iddia ABŞ araşdırmaçılarına aiddir

Nurçuluq cərəyanının lideri Fəttullah Gülən haqqında yeni iddialar ortaya atıldı. Sən demə, bir çoxlarımızın əlini öpmək növbəsinə durduğumuz “xoca əfəndi” əməlli-başlı agent imiş.

Türkiyənin “Axşam” qəzetinə intinad edən Strateq.az xəbər verir ki, bu iddianı ABŞ-lı yazar Raul Villyam irəli sürüb. Federal Tədqiqatlar Bürosunun (FBİ) keçmiş məsləhətçisi, terror bilicisi və araşdırma yazarı olan müəllif yeni qələmə aldığı “Qladio əməliyyatı” adlı kitabında Fətullah Gülən barədə şok məlumatlara yer verib. çapa hazırlanan kitabdan ictimailəşdirilmiş bəzi paraqraflara inansaq, Gülən əfəndini ilk dəfə ABŞ-ın Ankaradakı sabiq səfiri Mark Qrossman kəşf edib və onu SSRİ-yə qarşı dəstəkləmə proqramına salıb.

Daha sonra ABŞ-ın xüsusi himayəsi altına girən nurçuluq təlimi vasitəsilə bir çox ABŞ agentləri müəllim niqabında dağılmaqda olan SSRİ-yə göndəriliblər. İlk dəfə bu müəllimlərin əsl siması özbəksitanda aşkarlanıb. özbəkistan liderinə qarşı baş tutmayan sui-qəsddə yaxalarını ələ verən müəllim-agentlərin ifşasından sonra Türkiyə-özbəkistan əlaqələri hələ də düzəlməyəcək şəkildə korlanıb.

Xatırladaq ki, “xoca əfəndi” ABŞ-ın Pensilvaniya əyalətinə sığınıb və Türkiyə hökumətinin israrlı tələblərinə baxmayaraq, ABŞ onu öz ölkəsinə təslim etməkdən boyun qaçırır.