XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

04 Dekabr 2015 - 11:47

Dənizdə güclü tufan: iki neftçimiz itkin düşdü – FHN və digər qurumların axtarışları davam edir

“Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub, dənizə atıb”.

Strateq.az xəbər verir ki, bu məlumatı SOCAR yayıb. Bildirilib ki, hadisə bu gün saat 12.30 radələrində “Neft Daşları” NQçİ-nin 501 nömrəli özülündə baş verib.

“Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın matorçuları-1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov budkada olublar. Dənizdə operativ axtarış işlərinə başlanılıb.

Güclü küləyin yaratdığı maneəyə baxmayaraq, hazırda itkin düşən nefçilərin axtarışı Fövqəladə Hallar Nazirliyinin vertolyotu, həmçinin Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” yanğınsöndürən gəmisi, “Avyor” dalğıc gəmisi və “Samir Quliyev” yedək gəmisi ilə davam etdirilir.

Hadisənin təfərrüatları özülə göndərilmiş komissiya tərəfindən araşdırılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək”.