"Rusiya keçmişdə heç bir ölkənin daxili işlərinə müdaxilə etmədi və gələcəkdə də etməyəcək".
Bu sözləri Kreml sözçüsü Dmitri Peskov Trampım iddialarına münasibət bildirərkən deyib.
“Ölkənin lideri başqası tərəfindən deyil, xalq tərəfindən seçildi. Putin Rusiya ilə konstruktiv mövqeyi olan siyasətçiləri tərcih edir. Yəni, bu kimi mövqeyi olanları xoş qarşılayırıq”, – Peskov bildirib.
Qeyd edək ki, Tramp CBN-nə verdiyi açıqlamada Putinin ABŞ prezidenti olaraq Hillari Klintonu görmək istədiyini bildirmişdi/Axar.az.