XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2015 - 13:37

Davudoğlu: «Diz çökdürə bilməyəcəklər»

«Türkiyəni iqtisadi sanksiyalarla çökdürə biləcəyini düşünənlər yanılırlar».

Xarici mətbuata istinadən strateq.az  xəbər verir ki, bu açıqlama ilə Türkiyə baş naziri Əhməd Davudoğlu çıxış edib.

Davudoğlu bir daha qeyd edib ki, Türkiyə təyyarə insidentinə görə Rusiyadan üzr istəməyəcək. çünki Türkiyə məlum addımı ilə öz sərhədlərini qoruyub:

«İnsident baş verərkən Türkiyə tərəfi həmin təyyarənin hansı ölkəyə məxsus olduğunu bilmirdi”. 

Lakin Davudoğlu bildirib ki, Türkiyə Rusiya ilə dialoq yolu ilə danışmağın tərəfdarıdır:

«Türk və rus xalqları arasında heç bir problem yoxdur. Biz Rusiya ilə münasibətlərimizə həmişə xüsusi diqqət ayırmışıq və düşünürük ki, hazırkı məqamda dialoqu mütləq dəstəkləmək lazımdır».