XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 December 2015 - 07:32

Prezident İlham Əliyev Dövlət Komitəsində – Yeni mərkəzin açılışı oldu (FOTOLAR)

Dekabrın 5-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin açılışında iştirak edib.

Dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Mərkəzdə yaradılan şəraitlə tanış olan Azərbaycan prezidentinə daşınmaz əmlakın qeydiyyatı, kadastrı və idarəedilməsi, torpaqların elektron uçotu, ünvan reyestri informasiya sistemləri və elektron kadastr məlumat bazası barədə məlumat verilib.