XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2015 - 08:42

Rusiya-Türkiyə davası İŞİD-in işinə yarayıb – «Reuters»dən sensasion iddia

Rusiya ilə Türkiyə arasında yaranan gərginlik İŞİD-in işinə yarayıb. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə Rusiyanın «Su-24» təyyarəsini vurandan sonra İŞİD-in mövqelərinə hava zərbələri endirməyi dayandırıb. 

Bu sensasion iddia ilə «Reuters» agentliyi çıxış edib.

Agentliyin məlumatına görə, buna səbəb ABŞ-ın Türkiyənin İŞİD əleyhinə beynəlxalq koalisiyada aktiv iştirakı ilə bağlı tələbini təxirə salmasıdır.

Vaşinqton hesab edir ki, bu, iki ölkə arasında gərginliyin böyüməsinin qarşısını alacaq. 

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Türkiyəni İŞİD-lə neft ticarətində ittiham edir. Putinin fikrincə, Türkiyə Rusiyanın hərbi təyyarəsini vurmaqla, qeyri-leqal neft biznesi üçün təhlükəsiz şərait yaratmağa çalışıb.