XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2015 - 10:33

Rusiya türk məhsullarına alternativ tapdı – Meyvə-tərəvəzi bu ölkədən alacaq

Təyyarə insidentinə görə Türkiyəyə iqtisadi sanksiyalar tətbiq edən Rusiya bununla bu ölkədən gələn meyvə-tərəvəzdən də məhrum oldu.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Moskva bu sahədə Ankaraya alternativ tapıb.

Bundan sonra Rusiyaya Suriyadan böyük həcmdə meyvə-tərəvəz gələcək. Artıq bu istiqamətdə ilkin addım atılıb. Latakiyadan Novorossiyskə su yolu ilə 800 ton apelsin və limon göndərilib.

Suriyalı sahibkar Amcad Duba bildirib ki, bunu iki ölkənin iş adamları təşkil ediblər. İş adamları daşınmanın təşkili üçün daimi kanalın açılmasına ümid edirlər: “Əks halda, türk məhsullarına əvəz tapılmayacaq və Rusiya boş təbliğatla məşğul olacaq. 

Tartus limanından Novorossiyskə gəmilər 20 gündən bir yola çıxır. Bu, bəzi meyvələrin və şüşə qablardakı meyvə sularının daşınmasına imkan verir. Lakin bu qrafik pomidorlar üçün əlverişli deyil. çünki pomidor daha tez xarab olur».