XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2015 - 12:27

Türkiyə ilə Rusiya dənizdə də toqquşur – 4 rus gəmisi həbs edildi

Təyyarə insidentindən sonra Rusiya ilə Türkiyə arasında başlayan böhran dənizçilik sektoruna da sıçrayıb.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiyanın yük daşıyan 4 gəmisinə Samsun limanında həbs qoyulub.

Böyük ehtimalla Ankara bu addımı Türkiyənin 5 gəmisinin Rusiyada saxlanılmasına cavab olaraq atıb.

Məlumatlara görə, nəzarətə götürülən rus gəmilərinin sayı 6 olub. Onlardan ikisi sənəd yoxlanışından sonra sərbəst buraxılıb.

Qalan 4-nün həbsdən sonrakı aqibəti qeyri-müəyyən qalır.