ABŞ hökuməti Rusiyadakı siyasi qətlləri araşdırmağa qərar verib. Artıq bu istiqamətdə ilk addım atılıb və Konqresin Nümayəndələr Palatası bununla bağlı qanun layihəsi qəbul edib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, qanun layihəsinə görə, ABŞ kəşfiyyatı Kremlin siyasi qətlləri necə maliyyələşdirdiyni araşdırıb tapmalı və bu barədə Konqres üzvləri qarşısında hesabat verməlidir.
Əgər qanun layihəsi təsdiqlənsə, ABŞ kəşfiyyatı ilk 6 ay ərzində Konqresdəki müvafiq komitəyə apardığı təhqiqatın analizini təqdim etməlidir. Həmin analizdə 2000-ci ildən bu yana Rusiyada hökumətin sifarişi ilə həyata keçirilən qətllər barədə ətraflı bilgilər yer almalıdır.
Söhbət, siyasi sifarişlə öldürülmüş siyasilər, biznesmenlər, dissidentlər, jurnalistlər, dövlət xadimləri, əcnəbi siyasi xadimlər, əcnəbi jurnalistlər və QHT üzvlərindən gedir.
ABŞ kəşfiyyatı hesab edir ki, bu şəxslər son 15 ildə Rusiya xüsusi xidmət orqanları və onların casusları tərəfindən öldürülüb.