XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

06 Dekabr 2015 - 07:57

London metrosunda terror – Ölən və yaralananlar var (VİDEO)

Terrorun ünvanı bu dəfə Britaniyanın paytaxtı London olub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Londonun «Leytonstone» metrostansiyasında terrorçu «Suriya üçün!» qışqıraraq əlindəki bıçaqla ətrafdakı insanlara hücum edib. Hadisə zamanı 1 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilir. 

London polisinin Terrorla Mübarizə şöbəsinin rəisi Riçard Valton əhalini diqqətli və ehtiyatlı olmağa çağırıb. Britaniyada terror təhdidinin yüksək olduğunu deyən Valton əhaliyə insanların sıx olduğu məkanlara getməməyi tövsiyə edib. 

Şahidlərdən biri hücumçunun əlində 8 sm. uzunluğunda bıçaq gördüyünü deyib. 

Parisdəki qanlı olaydan sonra Britaniyada terror təhlükəsinin artdığı ölkə rəhbərliyi səviyyəsində də etiraf olunmuşdu.

Britaniya parlamenti İŞİD-ə qarşı hava zərbələrinə başlanılmasını təsdiqləyən qanun layihəsini qəbul edəndən sonra terror riski bir az da artdı.