XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 July 2017 - 23:35

Ruhaninin həbs edilən qardaşının səhhəti pisləşdi –Xəstəxanaya aparıldı

İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Fereydun prokurorluqda baş tutacaq dindirilmədən əvvəl xəstəxanaya yerləşdirilib.

Bu barədə “Tasnim” agentliyi xəbər verib.

Məlumata əsasən, dindirilməyə gətirilən Hüseyn Fereydunun vəziyyəti qəflətən pisləşib. Bu səbəbdən dindirilmə baş tutmayıb.

Xatırladaq ki, İran prezidenti Həsən Ruhaninin qardaşı ötən gün maliyyə cinayətlərində təqsirli bilinərək həbs olunub/APA.