XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

06 Dekabr 2015 - 10:00

Xöşbəxt Yusifzadə: “Təxribat deyil”

Baş vermiş hadisənin təxribat versiyasına inanmıram.Bunu mətbuat konfransında SOCAR-ın vitse prezidenti Xöşbəxt Yusifzadə deyib.

X.Yusifzadə yanğının söndürülməsində hər hansı digər ölkədən kömək istənilməyəcəyini bildirib: “Heç kimdən kömək istəməyəcəyik. Bizim bu yanğını söndürməyə imkanımız çatır. İndi əsas vəzifəmiz itkin düşmüş insanların tapılmasıdır”.

Hadisənin təxribat olması ilə bağlı sosial şəbəkələrdə səslənən fikirlərə münasibət bildirən X.Yüsifzadə bu versiyanın həqiqətə uyğun olmadığını bildirib: “Burada bir təxribat görmürəm. Təxribat olarsa, platformaya nəsə yerləşdirərdilər. Burada kəmər partlayıb. Dalğanın və küləyin gücü qaz kəmərini tərpədib və sındırıb. Hər şey ola bilər, ancaq mən təxribat versiyasına inanmıram“(trend).