Qətər Prokurorluğu rəsmi Dohaya qarşı kiberhücum təşkil edənlərin beynəlxalq orqanlar tərəfindən mühakimə olunması üçün qanuni yollara əl atacaq.
Bunu jurnalistlərə açıqlamasında Qətər Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əl-Sani söyləyib.
"Körfəz ölkəsi tərəfindən həyata keçirilən bu cinayət beynəlxalq kiber terror cinayətləri kateqoriyasına daxildir. Bu, beynəlxalq hüquqa qarşı açıq şəkildə bir pozuntudur”, – deyə nazir bildirib.
Qeyd edək ki, bundan öncə Qətərə qarşı bir müddət əvvəl təşkil edilmiş kiberhücumun arxasında Birləşmiş Ərəb Əmirliyinin dayanması haqqında məlumat yayılmışdı/Axar.az