XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

06 Dekabr 2015 - 10:54

General və 6 mühafizəçisi öldürüldü

Yəməndəki terror aktında Aden şəhərinin qubernatoru – general Qafar Saad və onun 6 mühafizəçisi qətlə yetirilib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu gün səhər saatlarında işə gedən qubernatorun avtomobili partladılıb.

Hələlik terror aktına görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib. İlkin ehtmallara görə, general Yəməndəki şiə qiyamçılar – husilər və ya «Əl-Qaidə»nin yerli qolu tərəfindən öldürülə bilər.