XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 December 2015 - 11:54

Gürcüstan prezidenti İlham Əliyevə zəng etdi

Dekabrın 6-da Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə telefonla zəng edib.

Gürcüstan prezidenti “Günəşli” yatağındakı platformada baş vermiş yanğın nəticəsində insan tələfatı ilə bağlı dövlətimizin başçısına, həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verib.

Azərbaycan prezidenti göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.