Bu gün səhər saatlarında Yəməndə baş verən partlayışa görə məsuliyyəti İŞİD öz üzərinə götürüb. Maraqlıdır ki, terror aktını husilərin (hakimiyyətə qarşı çıxan şiə qiyamçılar) və ya «Əl-Qaidə»nin törətdiyi ehtimal edilirdi.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu gün Aden şəhərinin qubernatoru – general Qafar Saad və onun 6 mühafizəçisi qətlə yetirilib.
İşə gedən qubernatorun avtomobil karvanı partladılıb. Yaralıların da olduğu bildirilir.