XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

06 Dekabr 2015 - 16:34

ARDNŞ vitse-prezidenti: “Hələ ki, heç bir neftçi tapılmayıb”
socar-press-konfrans-22.jpg
“Günəşli” platformasında baş verən faciə ilə bağlı hazırda növbəti dəfə mətbuat konfransı keçirilir.
 
Musavat.com xəbər verir ki, mətbuat konfransında çıxış edən SOCAR-ın vitse prezidenti Xaliq Məmmədov bildirib ki, Qazaxıstan, İran və Rusiyadan sularda olan neftçilərin tapılmasında kömək istənilib.
 
X.Məmmədov qeyd edib ki, xilasetmə işləri davam edir: “Rövnəq Abdullayev dənizdə, gəmidə qurulan qərargahdadır. Təəssüflə bildirirəm ki, hələ heç bir neftçi tapılmayıb. Hava qaraldığı üçün helikopterlər axtarışı dayandırıb. Gəmilər isə axtarışı davam etdirir”. 
 
Vitse-prezident bildirib ki, xəstəxanada olanların 22 nəfəri evə buraxılıb. 9 nəfər həkim nəzarətindədir və həyatları üçün təhlükə yoxdur.