XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

06 Dekabr 2015 - 18:02

“Təəssüf ki, hələ yeni xəbər yoxdur” – SOCAR-dan itkin düşənlərlə bağlı daha bir açıqlama

“Günəşli” yatağındakı 10 saylı stasionar dəniz özülündə baş vermiş qəza ilə əlaqədar neftçilərin axtarışları davam etdirilir. Təəssüf ki, hələ yeni xəbər yoxdur“. 

Bunu “Günəşli” yatağındakı 10 saylı stasionar dəniz özülündə baş vermiş qəza ilə əlaqədar keçirilən növbəti mətbuat konfransında SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov deyib.

X.Məmmədov axtarış zamanı, ancaq itkin düşənlərin gödəkçələrinin tapıldığını bildirib: “Dağılan, sınan qayığın qalıqları tapılıb. Yanğın qaz quyusunda davam edir, yanğının söndürülməsi üçün tədbirlər görülür. Hava qaraldığı üçün axtarışlar, ancaq gəmilər vasitəsilə aparılacaq. çünki helikopterlərin gecə axtarış aparması həm təhlükəli, həm də effektsizdir”.